Daxili bazar

Müəssisənin məhsulları daxili bazarda elit supermarketlərdə, mehmanxana və restoranlarda, eləcə də Heydər Əliyev adına Beynəlxalq Aeroportun “Duty Free” mağazalarında, xarici vətəndaşlar və diplomatlar üçün nəzərdə tutulmuş “Diplomat-shop” mağazasında uğurla satılır, “Azal” şirkətinin təyyarələrinin salonlarında sərnişinlərə təklif olunur.