“Aqro-Azərinvest” MMC-nin yeni texnikalarla təchiz olunması davam etdirilir.

Məhsulların keyfiyyətini daha da yüksəltmək məqsədi ilə “Aqro-Azərinvest” MMC-nin Qəbələ rayonununda yerləşən şərabsüzmə müəssisəsinin yeni texnikalarla təchiz olunması davam etdirilir. Bu yaxınlarda müəssisədə istehsal gücü saatda 6 min ədəd butulka olan, İtaliyanın tanınmış “Alfatek” şirkətininə məxsus yeni avtomatlaşdırılmış şərabsüzmə xətti quraşdırılmışdır.