AGRO AZER INVEST
AZE
«Möhtəşəm şərab -
  özünün qanunlarına mütləq tabe
  etdirdiyi təbiətin törəməsidir,
  lakin ilk öncə bu, ümumi qanuna
  uyğunluqdan istisna təşkil edir.
O, bir çox şərtlərin birləşməsindən yəni: müvafiq torpaq, səliqə ilə yetişdirilmiş sortlar və əlverişli iqlimdən yaranır.»
üzümlükdə və sərab istehsalında insanın zəhməti üzüm salxımlarını əla şəraba çevirməyə imkan verir
Fransa şirkətləri ilə əməkdaşlıq keyfiyyətli məhsul istehsalına zəmin yaradır

Azərbaycanda zəngin tarixi keçmişə malik üzümçülük və şərabçılıq ənənələrinin dirçəldilməsinə sanballı töhfələr verən “Aqro-Azərinvest” MMC öz fəaliyyətində müasir dünya təcrübəsinə, ən yeni və mükəmməl texnologiyalara əsaslanır. Təbii xüsusiyyətləri ilə seçilən yüksək keyfiyyətli məhsul istehsalına nail olmaq üçün səmərəli elmi-praktik metodların tətbiqinə üstünlük verilir və bu zaman dünya şöhrətli şirkətlərlə sıx əməkdaşlıq əlaqələrindən məqsədyönlü şəkildə istifadə edilir.

   Üzüm plantasiyaları üçün torpaq sahələrinin müəyyənləşdirilməsindən başlamış, tinglərin alınıb gətirilməsinə və əkilib becərilməsinə, aqrotexniki qaydalara əməl edilməsinə, yetişmiş məhsulun yığılmasına, saxlanmasına, ilkin emalına və son məhsul istehsalınadək bütün mərhələlərdə beynəlxalq şirkətlərin təcrübəli mütəxəssisləri də fəal iştirak edir, çox dəyərli məsləhət və tövsiyələr verirlər. Bütün bunlar hər giləsi bir nur dənəsi tək sağlamlıq və şəfa mənbəyi olan müxtəlif növ üzümlərin və onlardan hazırlanan tam təbii şərabların kəskin rəqabətli bazarda öz yerini tutmasında və istehlakçıların rəğbətini qazanmasında mühüm amillərdəndir.
   “Aqro-Azərinvest” MMC-nin xarici tərəfdaşları sırasında Fransanın iki məşhur şirkəti də vardır. Bunlar öz fəaliyyət sahələrində böyük nailiyyətlər qazanmış “Gontard Freres” və “Muris Enologiya Laboratoriyası” şirkətləridir.
   “Gontard Freres” tingçilik sahəsində ixtisaslaşıb və öz əkin sahələrində “Chardonnay”, “Merlot”, “Cabernet” kimi şərab, “Kardinal”, “Muskat”, “Alfonse”, “Lavale” kimi süfrə üzümü sortlarınin tinglərini yetişdirərək, dünyanın müxtəlif ölkələrindəki, o cümlədən Avropa və Şimali Afrikadakı müştərilərinə satır.
   Şirkətdə yüksək biliyə və bacarığa malik mütəxəssislərin bir neçə nəsli yetişmişdir. Onlar elmi əsaslarla, tam sanitar nəzarəti altında yetişdirdikləri tinglərin becərilməsi texnologiyasının öyrənilib tətbiq olunmasında xarici tərəfdaşlara peşəkar yardım göstərirlər.
   “Gontard Freres”in tingləri artıq dörd ildir ki, Azərbaycan torpağında da əkilib becərilir. Bu tinglər ölkəmizin təbii şəraitinə də yaxşı uyğunlaşıb və mütəxəssislərin fikrincə, yüksək keyfiyyətli bol məhsul verməyə qadirdir. “Aqro-Azərinvest” MMC-nin “Gontard Freres”lə bağladığı müqaviləyə əsasən, Fransadan ölkəmizə gətirilmiş “Grenache” və “Caberne Sauvignon” üzüm sortlarının tingləri Qəbələ rayonundakı plantasiyalarda əkillib.
   “Muris Enologiya Laboratoriyası” ilə əməkdaşlıq isə “Aqro-Azərinvest” MMC-yə istehsal etdiyi tam təbii şərabların keyfiyyətini beynəlxalq standartlar səviyyəsinə qaldırmaq imkanı verir. Böyük beynəlxalq nüfuza malik bu elmi-təcrübi mərkəzi ilə bağlanmış müqaviləyə əsasən, Fransadan ölkəmizə gəlmiş təcrübəli mütəxəssis Serj Muris üzümçülük aqrotexnikasının və müasir laboratoriya metodlarının tətbiqi, şərab istehsalı avadanlıqlarından səmərəli istifadə olunması, istehsalın məqsədəuyğuluğunun təmin olunması sahəsində “Aqro-Azərinvest” MMC-yə məsləhət xidmətləri göstərir. Müqavilə şərtlərində, həmçinin, müəssisənin laboratoriyasında çalışan işçilərin təcrübə keçmək üçün vaxtaşırı Fransaya göndərilməsi, “Muris Enologiya Laboratoriyası”nın elmi-texniki imkanlarından yararlanması nəzərdə tutulub. Bundan başqa, “Aqro-Azərinvest” MMC öz şərab məhsullarının nümunələrini Fransaya “Muris Enologiya Laboratoriyası”na göndərərək, onların keyfiyyətinin yoxlanılmasını təmin edəcəkdir. Cənab Serj Muris öz missiyasını yerinə yetirmək üçün artıq Azərbaycanda olub və burada müqavilə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində lazımi iş aparıb.
   “Aqro-Azərinvest” MMC-nin Fransa şirkətləri ilə əməkdaşlığı dünya üzümçülük və şərabçılıq sənayesinin bu qabaqcıl ölkəsində qazanılmış mütərəqqi təcrübəni Azərbaycanda uğurla tətbiq etməyə şərait yaradacaqdır.
Səhifə: 1, 2   назад
© 2006-2010, Agro-Azerinvest LTD.
All rights reserved.
Təqdim olunan ticarət nişanları şirkətin mulkiyyэtidir
Materialın surəti çıxarılması zamanı sayta ssılka edilməsi zəruridir
adres: Bakı şəhəri, AZ 1072, K. Rəhimov, 3
tel/faks: (+ 994 12) 465-55-95
e-mail: office@vine.az