Müəssisənin fəaliyyəti müvafiq dövlət orqanları və nüfuzlu biznes qurumları tərəfindən yüksək qiymətləndirilir.
2006-cı ilin yekunlarına görə, "Aqro-Azərinvest" MMC "İT Magazine" jurnalının təsis etdiyi "İntellekt - ilin layihəsi" mükafatına, həmçinin, "Azərbaycanın Kənd Təsərrüfatı Sahəsində Üzümçülüyün Bərpası" kənd təsərrüfatı nominasiyası üzrə mükafata layiq görülmüşdür. 2006-cı ilin noyabr ayında Moskva şəhərində keçirilən 10-cu Beynəlxalq Peşəkar Şərab Yubiley Müsabiqəsində "Qəbələ" və "Nazlı" şərabları yüksək keyfiyyətə görə xüsusi medala və diploma layiq görülmüşdür. Bu nailiyyətlərinə görə "Aqro-Azərinvest" MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ilin yekunlarına görə Fəxri Fərmanla təltif edilmişdir. 2007-ci ilin fevral ayında Cəmiyyət Kişinyovda (Moldova) keçirilən beynəlxalq sərginin xüsusi sertifikatını almışdır.
“Aqro-Azərinvest” MMC 2007-ci ilin sentyabr ayının 11-14-də Kiyev şəhərində keçirilən “Alco+Soft 2007” XII Beynəlxalq İçki Sənayesi Sərgisində iştirak etmiş və məhsullarının yüksək keyfiyyətinə görə diplomla təltif olunmuşdur. Sentyabrın 18-21-də Moskva şəhərində keçirilən “Worldfood” 16-cı Beynəlxalq Qida Məhsulları və İçkilər Sərgisində isə müəssisə xüsusi diploma layiq görülmüşdür.