XƏBƏRLƏR

“Aqro-Azərinvest” MMC-nin yeni uğuru

“Aqro-Azərinvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Qəbələ-Şərab zavodunun) istehsalı olan 15 illik “GILAN” konyakı və “İRƏVAN QALASI” ağ süfrə şərabı 2015-ci ilin 9-13 fevral tarixində Moskva şəhərində keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal "PRODEXPO - 2015" 22-ci Beynəlxalq sərginin “2015-ci ilin ən yaxşı məhsulu” laureatı DİPLOMunu və QIZIL MEDALını alıb.

“IWSR” jurnalı. Noyabr 2014

Londonun məşhur “IWSR” jurnalının noyabr sayında Azərbaycandakı inkişaf və ölkədə fəaliyyət göstərən şərab zavodları haqqında məqalə dərc olunmuşdur. Məqalədə Aqro-Azərinvest MMC-nin istehsal etdiyi “Gold Baku” konyakı xüsusi qeyd edilmişdir.

"Aqro-Azərinvest” MMC şərabçılığın inkişafına görə "UĞUR"-2013 Milli mükafatına layiq görülmüşdür.

“Aqro-Azərinvest” MMC-nin yeni texnikalarla təchiz olunması davam etdirilir.

Məhsulların keyfiyyətini daha da yüksəltmək məqsədi ilə “Aqro-Azərinvest” MMC-nin Qəbələ rayonununda yerləşən şərabsüzmə müəssisəsinin yeni texnikalarla təchiz olunması davam etdirilir. Bu yaxınlarda müəssisədə istehsal gücü saatda 6 min ədəd butulka olan, İtaliyanın tanınmış “Alfatek” şirkətininə məxsus yeni avtomatlaşdırılmış şərabsüzmə xətti quraşdırılmışdır.

“Vəzir” və “Babək” konyakları

“Vəzir” və “Babək” konyakları Moskva şəhərində keçirilən Beynəlxalq “Şərab və Spirtli içkilər” Müsabiqəsində gümüş, Londonda keçirilən «International Wine and Spirit Competition» Beynəlxalq müsabiqəsində isə 3 bürünc medala layiq görülmüşdür.

“Aqro-Azərinvest” MMC-nin böyük uğuru

10--14 fevral  2014-cü il tarixində Moskva şəhərində “21-ci Beynəlxalq qida məhsulları,  içkilər və  onların  istehsalı  üçün  xammal sərgisi “PRODEKSPO-2014” keçirilmişdir.